Avqustda ANAMA tərəfindən 27 mindən çox hərbi sursat zərərsizləşdirilib

Avqustda ANAMA tərəfindən 27 mindən çox hərbi sursat zərərsizləşdirilib
# 07 sentyabr 2016 09:00 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. 2016-cı ilin avqust ayı ərzində Azərbaycanda 7 296 238 m2 ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, ay ərzində Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Goranboy, Tərtər, eləcə də Bakının Qaradağ rayonu və Güzdək qəsəbəsində həyata keçirilən əməliyyatlar zamanı 27 007 ədəd PHS və 17 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 505 nəfər əməliyyat heyəti və 125 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edib.

Məlumatda o da qeyd olunur ki, ANAMA tərəfindən indiyədək ümumilikdə cəmi 385 710 321 m2 ərazi təmizlənib, 752 059 ədəd müxtəlif sursat zərərsizləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR