"Stansiya Sumqayıt" adlanan ərazidə doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib

"Stansiya Sumqayıt" adlanan ərazidə doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib
# 27 iyun 2024 22:46 (UTC +04:00)

Sumqayıt şəhəri, "stansiya Sumqayıt" adlanan ərazidə doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.

APA xəbər verir ki, yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın zamanı xəsarət alan olmasa da çoxsayda tüstüdən zəhərlənənlər olduğu bildirilir.

Yanğın zamanı 25 bina sakini təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə olunub. Əraziyə həmçinin polis əməkdaşları da cəlb olunub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bütün zəruri tədbirlər görülür, ərazi və sakinlərin əmlakı mühafizəyə götürülüb.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR