Lerik rayonu ərazisində 5 bal gücündə zəlzələ olub - YENİLƏNİB

Lerik rayonu ərazisində 5 bal gücündə zəlzələ olub  - YENİLƏNİB
# 28 iyun 2024 08:39 (UTC +04:00)

Bu gün yerli vaxtla saat 07:43-də Lerik stansiyasından 27 km şərqdə Lerik rayonu ərazisində magnitudası 5 olan zəlzələ qeydə alınıb.

Bu barədə APA-ya AMEA-nın nəzdində xidmət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda - Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabadda 4 bal, digər rayonlarda isə 3 bal gücündə hiss olunub.

Zəlzələ ocağının dərinliyi 18 km-dir.

***

07:47

Lənkəranda zəlzələ olub.

APA - nın cənub bürosunun verdiyi məlumata görə yerli saatla 07:44 radələrində Lənkəranda zəlzələ baş verib.

Zəlzələnin gücü təqribən 4,6 bal arasında hiss olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR