İranın Azərbaycandakı səfiri Cavad Heyətin vəfatı ilə əlaqədar başsağlığı verib

 İranın Azərbaycandakı səfiri Cavad Heyətin vəfatı ilə əlaqədar başsağlığı verib
# 13 avqust 2014 10:42 (UTC +04:00)

APA-nın səfirliyin saytına istinadən verdiyi xəbərə görə, səfir görkəmli iranlı cərrah və həkim, professor Cavad Heyətin vəfatı münasibətilə mərhumun həyat yoldaşına, övladlarına, həmkarlarına və dəyərli ustadı sevənlərin hamısına başsağlığı verib, mərhumun ruhu üçün Allahdan rəhmət diləyib.

“Ölkəmizin tibb və mədəniyyət ictimaiyyəti özünün ən görkəmli alimlərindən birini itirdi. O özünün bərəkətli ömrünü şərafətli İran xalqına xidmətə sərf etdi və gələcək nəslin yoluna işıq sala biləcək dəyərli töhfələr yadigar qoydu”, - deyə səfir qeyd edib.

Cavad Heyət avqustun 12-də dünyasını dəyişib. O, pnevmoniyadan əziyyət çəkirmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR