APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayonun Zəyəm qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. İdarəetmədən çıxan “Toyota” markalı avtomobilin aşması nəticəsində maşında olan 3 nəfər - Bakı şəhər sakinləri, 1989-cu il təvəllüdlü Əfsanə Kamilova, 1983-cü il təvəllüdlü Kamil Kamilov və İsmayıllı rayon sakini, 1957-ci il təvəllüdlü Bahar Kamilova müxtəlif bədən xəsarətləri alaraq, Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.