Azərbaycan yığmasına çağırılan futbolçu “Barselona”ya keçə bilər

Azərbaycan yığmasına çağırılan futbolçu “Barselona”ya keçə bilər
# 08 dekabr 2014 14:19 (UTC +04:00)

Bakı – APA. “Malaqa” klubunda çıxış edən bir futbolçunu milliyə çağırmışıq. Onun hətta “Barselona”ya keçmək ehtimalı da var”. Bu sözləri apasport.az saytına açıqlamasında U-16 yığmasının yeni baş məşqçisi Aslan Kərimov deyib.

O, yanvarda təşkil ediləcək təlim-məşq toplanışına həmin oyunçunu çağıracaqlarını deyib: “Həmin futbolçu ilə menecerimiz danışıq aparır. Onun valideynləri ilə də zəngləşirik. Həmçinin, Rusiyadan yeni bir oyunçu dəvət etmək fikrimiz də var”.

Kərimov yanvardakı toplanışın vaxtını da deyib: “Yanvarın 15-dən sonra 6 günlük toplanışımız olacaq. İlk 3 gündə yalnız Azərbaycanda oynayan futbolçuları çağıracağıq. Növbəti 3 gündə isə başqaları dəvət olunacaq”.

Qeyd edək ki, Aslan Kərimov buna qədər əsas millinin köməkçi məşqçi, U-15 yığmasının isə baş məşqçisi vəzifəsində çalışırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR