Araz Əlizadə: “İlkin niyyətimiz partiyanın seçkilərdə öz namizədi ilə iştirakını reallaşdırmaqdır”

Araz Əlizadə: “İlkin niyyətimiz partiyanın seçkilərdə öz namizədi ilə iştirakını reallaşdırmaqdır”
# 28 yanvar 2013 10:46 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA. “Azərbaycan Sosial Demokrat Partiyası prezident seçkilərində iştirakla bağlı qərar verib”.

Bu barədə APA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib. O bildirib ki, ASDP-nin prezident seçkilərində iştirakla bağlı qərarı partiyanın sonuncu qurultayında verilib: “İlkin niyyətimiz partiyanın öz namizədi ilə seçkilərdə iştirakını reallaşdırmaqdır. Əgər bu alınmayacaqsa, partiya üzvlərinə seçkilərdə seçici kimi iştirak məsələsində sərbəstlik veriləcək”.

A. Əlizadənin sözlərinə görə, partiya seçkilərə hazırlıq kampaniyasına başlamayıb: “Sosial Demokrat Partiyası çox mütəhərrikdir. Yəni biz qısa müddətdə seçkilərə hazırlıq məsələsini həll edə biləcəyik. Hələlik başqa problemlər var. Bir də ki, maliyyə məsələsi həll olunmalıdır. Çünki maliyyə olmadığı təqdirdə kimsənin müvəffəqiyyətə şansı yoxdur”.

A. Əlizadə qeyd edib ki, ASDP-nin hansısa birlik, blok və ya hərəkatda təmsil olunmamaq barədə qərarı da mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR