Şəkidə 6 yaşlı uşağı ilan sancıb - VİDEO

Şəkidə 6 yaşlı uşağı ilan sancıb - <span style="color: red;">VİDEO
# 03 iyul 2015 07:44 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə 6 yaşlı uşağı ilan sancıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Kiçik Dəhnə kənd sakini, 2009-cu il təvəllüdlü Nurlan Sənan oğlu Nəsrullayev ilan sancması diaqnozu ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi zamanı məlum olub ki, 6 yaşlı Nurlan Nəsrullayevi baldır nahiyəsindən ilan sancıb. Uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan müalicəsini davam etdirmək üçün Bakıdakı Respublika Toksikologiya Mərkəzinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR