Azərbaycanın təhsilində yeni ixtisasartırma sisteminə keçirilir

Azərbaycanın təhsilində yeni ixtisasartırma sisteminə keçirilir
# 14 fevral 2013 13:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Təhsil Nazirliyində “Yeni ixtisasartırma modelinə keçid” mövzusuna həsr olunmuş müşavirə keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müşavirədə “Yeni ixtisasartırma modelinə keçid” mövzusunda təqdimat-məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov ixtisasartırma təhsilində modul-kredit sisteminin tətbiqinin hüquqi-normativ əsasları və müsbət cəhətləri barədə məlumat verib. Yeni modelə əsasən ixtisasartırma təhsili proqramlarının 3 modul üzrə qurulmasının nəzərdə tutulduğunu bildirən Misir Mərdanov həmin modulların tərkib hissələrindən söhbət açıb.

M. Mərdanov qeyd edib ki, yeni ixtisasartırma modeli ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin pedaqoji və digər işçilərinin bilik, bacarıq və peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişaf etdirilməsinə daha mütərəqqi üsullarla nail olmaq məqsədilə hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR