Türkiyənin aparıcı inşaat şirkəti Azərbaycanda İstanbul mənzillərinin satışına başlayıb

Türkiyənin aparıcı inşaat şirkəti Azərbaycanda İstanbul mənzillərinin satışına başlayıb
# 04 mart 2013 08:21 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Türkiyənin inşaat sektorunda nəhəng layihələr reallaşdıran «Ağaoğlu» Şirkətlər Qrupu həyata keçirdiyi layihələrdəki daşınmaz əmlak obyektlərinin Azərbaycanda satışına start verib.

Şirkətin Bakıda yeni fəaliyyətə başlayan nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, «My Towerland», «My Roseville», «My World Europe», «My Office 212», «Maslak 1453» və s. kimi məşhur layihələrin müəllifi olan «Ağaoğlu» Şirkətlər Qrupu, ilkin mərhələdə azərbaycanlı müştərilərinə, hər ikisi Türkiyə dövləti ilə ortaq olan «My World Europe» və «Maslak 1453» yaşayış komplekslərini təqdim edir.

İstanbulun Avropa hissəsində, Atatürk hava limanı yaxınlığında yerləşən, satışa çıxarıldığı gündən əcnəbilərin böyük marağına səbəb olan «My World Europe» yaşayış kompleksi, 3 ayrı tipdə - «Golf Residence», «Pool Residence», «Arena Residence» kimi adlandırılıb, ümumilikdə 17 blok, 3060 mənzil, 20 villa, 47 mağaza, 130 m uzunluğunda üzmə hovuzu, «My Club» idman və əyləncə mərkəzindən və geniş qolf meydançasından ibarətdir. Kompleks 2013-cü il aprel ayında sakinlərinə təhvil veriləcək.

Digər layihə isə elə satışa çıxarıldığı gün 1 580 mənzili satılmış, ərəb ölkələrindən sonra Azərbaycanda satışına icazə verilmiş, ümumilikdə 24 blok, 4 789 mənzil, ofislər, moda və ticarət mərkəzləri, Avropanın ən böyük idman və əyləncə mərkəzi «My Club», amfiteatr, mədəniyyət mərkəzləri və s. bu kimi insanların rahat yaşaya biləcəyi bir ortamı təmin edəcək «Maslak 1453» yaşayış kompleksi İstanbulun mərkəzində, dövlət Fatih ormanına yaxın məsafədə yerləşir. Bu yaşayış kompleksi isə 2015-ci ilin əvvəlində tam hazır olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR