Azərbaycanlı iş adamları Tatarıstanda keçiriləcək sərgilərə dəvət olunur

Azərbaycanlı iş adamları Tatarıstanda keçiriləcək sərgilərə dəvət olunur
# 18 avqust 2014 13:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanlı sahibkarlar və iş adamları Tatarıstanda keçiriləcək tədbirlərdə iştirak etməyə dəvət olunur.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, sərgi Kazan şəhərindəki “Kazanskaya Yarmarka” sərgi mərkəzində keçiriləcək.

Belə ki, sentyabrın 3-5-də Tatarıstan neft, qaz və kimya forumunun çərçivəsində XXI “Neft. Qaz. Neft kimyası” adlı beynəlxalq sərgi təşkil olunacaq. 31 oktyabr - 4 noyabr tarixlərində XXVI “Dəb və Stil. Qazan - Payız” adlı yüngül və tekstil sənaye məhsullarının sərgisi baş tutacaq. Bundan başqa, bu ilin dekabrın 3-5-də XIV “Maşınqayırma. Metal emalı. Qazan” adlı beynəlxalq sərginin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Kazanskaya Yarmarka” Rusiya sərgi sektorunda liderlərdəndir və ölkənin 5 ən böyük regional sərgi operatorlarından biridir.

Sərgilərdə iştirak etmək istəyən Azərbaycan biznes dairələri və iş adamları Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR