Lənkəranda qanvermə aksiyası keçirilib

Lənkəranda qanvermə aksiyası keçirilib
# 07 oktyabr 2015 19:52 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Oktyabrın 7-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı (MBQ) MQB-nin Lənkəran bölməsinin kollektivi ilə birlikdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının binasında talassemiya və hemofiliya xəstələrinə kömək məqsədilə könüllü qanvermə aksiyası keçirib.

APA-nın cənub bürosunun məlumatına görə, aksiyada Lənkəranın idarə, müəssisə və təşkilatlarının, ərazi icra nümayəndəliklərinin və bələdiyyələrin 300 nəfərə yaxın nümayəndələri fəal iştirak ediblər.

Aksiyada toplanmış qanlar Mərkəzi Qan Bankında müayinə olunduqdan sonra talassemiya, hemofiliyalı və qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR