Türkiyə vətəndaşı Bakıda yol qəzasında ölüb

Türkiyə vətəndaşı Bakıda yol qəzasında ölüb
# 27 iyun 2016 10:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Türkiyə vətəndaşı ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 25-də saat 21 radələrində Binəqədi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Tural İsgəndərov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Türkiyə vətəndaşı Əziz Özgür Acımışı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.


Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR