Milli Məclisin Mədəniyyət komitəsinin iş planı təsdiq edilib

Milli Məclisin Mədəniyyət komitəsinin iş planı təsdiq edilib
# 13 fevral 2013 12:25 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin Mədəniyyət komitəsinin iclasında komitənin yaz sessiyası ərzindəki iş planı təsdiq olunub. APA-nın xəbərinə görə, iş planı barədə komitə sədri Nizami Cəfərov məlumat verib.

İş planında “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” və “Yaradıcı birliklər və şəxslər haqqında” qanun layihələri də var. N. Cəfərov deyib ki, muğam sənəti ilə bağlı qanun layihəsi yaz sessiyasının gündəliyinə salınsa da, sənədin daha da təkmilləşdirilməsinə ehtiyac var: “Ona görə də bu və digər qanun layihələri təkmilləşdirildikdən sonra Milli Məclisin plenar iclasına tövsiyə oluna bilər”.

N. Cəfərov bildirib ki, yaz sessiyasında “Memarlıq fəaliyyəti haqqında” qanun layihəsi də müzakirəyə çıxaracaq.

Deputat Jalə Əliyeva bu il Heydər Əliyevin 90 illik yubileyinin qeyd olunacağını xatırladaraq H. Əliyevlə bağlı xüsusi qanun layihəsi hazırlamağı təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR