Serbiya prezidenti: “Azərbaycan Serbiya üçün çox etibarlı bir tərəfdaşa çevrilib”

Serbiya prezidenti: “Azərbaycan Serbiya üçün çox etibarlı bir tərəfdaşa çevrilib”
# 08 fevral 2013 13:39 (UTC +04:00)

APA-nın məlumatına görə, görüş iştirakçılarına müraciət edən prezident İlham Əliyev Serbiya prezidentinin ölkəmizə səfərinin gözəl yekunları olacağına əminliyini ifadə edib: “Biz Sizinlə artıq geniş fikir mübadiləsi apardıq və görürük ki, bütün sahələrdə birgə əməkdaşlıq üçün çox gözəl imkanlar var. Əminəm ki, Sizin səfəriniz bizim siyasi əlaqələrimizi daha da möhkəmləndirəcək. Əlbəttə, bu əlaqələr iqtisadi sahədə əlaqələrin inkişafına güclü təkan verəcək. İqtisadi sahədə artıq birgə fəaliyyət üçün gözəl təcrübəmiz var. Əminəm ki, səfər zamanı yeni layihələr haqqında konkret və dəqiq qərarlar veriləcək. Xüsusilə energetika, nəqliyyat, investisiyaların qoyuluşu sahələrində əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Əminəm ki, Sizin səfəriniz bütövlükdə Serbiya-Azərbyacan əlaqələrinin inkişafı üçün çox əhəmiyyətli olacaq və Siz ölkənizə ən xoş arzularla, təəssüratlarla qayıdacaqsınız”.

Serbiya prezidenti Tomislav Nikoliç səmimi qəbul üçün minnətdarlığını bildirib: “Cənab Prezident, hesab edirəm ki, Serbiyanın Azərbaycana olan mehriban münasibətlərini əlavə şərh etməyə ehtiyac yoxdur. Bu dostluq Serbiyada kimin hakimiyyətdə olmasından asılı olmayaraq daimi olaraq qalır. Azərbaycan Serbiya üçün çox etibarlı bir tərəfdaşa çevrilib. Müdrikliklə idarə etdiyiniz ölkədə vətəndaşlar azadlıq şəraitində yaşayır. Hesab edirəm ki, hər iki tərəf bu dostluqdan bəhrələnir və vaxt artıq gəlib yetişib ki, biz bu dostluğu konkret iqtisadi əməkdaşlığa çevirək. Serbiya əslində bunu hər zaman sizə təmənnasız edəcək. Biz də istəyirik ki, siz bizə yardım edəsiniz ki, bu günə qədər apardığımız işlərin miqyasını daha da genişləndirək. Hesab edirəm ki, ölkələrimiz arasında olan birbaşa sərmayələr uzun perspektivli investisiyalara çevrilə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR