Demokratik Qüvvələrin Məşvərət Məclisinin növbəti toplantısı keçirilib

Demokratik Qüvvələrin Məşvərət Məclisinin növbəti toplantısı keçirilib
# 05 mart 2013 14:46 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. Bu gün Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) növbəti yığıncağı keçirilib. APA-nın məlumatına görə, yığıncaqda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilib. Ötən iclaslarda qəbul edilmiş qərarlarının icra vəziyyəti ilə bağlı verilən arayışlar nəzərə alınıb.

Toplantıda ictimai-siyasi vəziyyət müzakirə edilərək son vaxtlar Azərbaycan Silahlı Qüvvələrində baş verən əsgər ölümləri, Fransa Milli Assambleyasında (FMA) erməni icması nümayəndələri tərəfindən azərbaycanlı tələbələrin vəhşicəsinə döyülməsi, Qarabağ Forumunun və DQMM Nümayəndələr Palatasının növbəti yığıncaqlarının keçirilməsi ilə bağlı qərarlar qəbul edilib.

DQMM orduda baş verən əsgər ölümlərinin uzun illər davam etməsindən ölkə ictimaiyyətinin narahatlığının getdikcə artdığını qeyd edib.

DQMM Fransa parlamentində erməni icması nümayəndələri tərəfindən azərbaycanlı tələbələr Mirvari Fətəliyeva və Vüsal Hüseynovun vəhşicəsinə döyülməsini pisləyib və Fransa hakimiyyət orqanlarından hadisənin araşdırılmasını və bu vəhşiliyi törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

Sonra qəbul edilmiş qərarlara uyğun olaraq martın 15-də ziyalıların, siyasi partiyalar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Qarabağ Forumunun keçirilməsini məqsədəuyğun hesab edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR