Bolqarıstanda Xocalı soyqırımının 21- ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Bolqarıstanda Xocalı soyqırımının 21- ci ildönümünə həsr olunmuş tədbir keçirilib
# 26 fevral 2013 18:57 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin ehtiyatda olan zabitlər birliyinin Sofıya şəhərindəki nümayəndəliyində Xocalı soyqırımının 21- ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə səfir Emil Kərimov çıxışında qonaqlara Dağlıq Qarabağ həqiqətləri, tarixi faktları, erməni təcavüzü, təcavüzün ağır nəticələri, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və İKT-nin müvafiq qətnamələri və bu qətnamələrə indiyənədək Ermənistan tərəfindən əməl edilməməsi barədə ətraflı məlumat verib.

Bununla yanaşı, Emil Kərimov Xocalı qətliamının 21-cu ildönümünü "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılmasına dair" Konvensiyanın qüvvəyə minməsinin 60-cı ildönümü ilə əlaqələndirərək, 20-ci yüzilliyin ən dəhşətli hadisələrindən biri olan 1992-ci ilin 25-26 fevral tarixlərində Xocalı şəhərində Azərbaycan xalqına qarşı törədilmiş faciə barədə qonaqlara ətraflı məlumat verib.

Həmçinin, səfir qonaqlara Xocalı faciəsinə beynəlxalq aləmdə siyasi-mənəvi və hüquqi qiymət verilməsi və beynəlxalq aləmdə tanrnması üçün İslam Konfransı Təşkilatınm Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış "Xocalıya Ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası barədə məlumat verib.

Sonra proqrama uyğun olaraq iştirakçılar üçün Lider televiziyası tərəfindən çəkilmiş "Məhv edilmiş şəhər" adlı sənədli film nümayiş etdirilib. Filmin nümayişindən sonra səfir tədbir iştirakçıları tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş bir sıra sualları cavablandırıb. Tədbirin sonunda qonaqlara Dağlıq Qarabağ həqiqətlərini, Xocalı soyqırımını, "Xocalıya Ədalət" kampaniyasını əks etdirən kitablar, jurnallar, broşürlər, press-relizlər, disklər paylanıb.

Həmçinin, Xocalı faciəsi ilə bağlı səfırlikdə anım mərasimi keçirilib. Mərasimdə iştirak edən Bolqarıstan ictimaiyyətinin nümayəndələri, həmvətənlərimiz qarşısında səfir Emil Kərimov çıxış edərək, Xocalı faciəsi barədə ətraflı məlumat verib, Xocalı soyqırımını bütün bəşəriyyətə qarşı yönəldilmiş tarixi cinayət kimi səciyyələndirib.

Bununla yanaşı, Xocalı faciəsi ilə bağlı səfirlik tərəfindən müvafiq press-relizlər hazırlanaraq, Bolqarıstanın dövlət və özəl strukturları, ölkədə akkreditə olunan diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndəlikləri arasında yayılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR