Rusiya gəmiləri Xəzərdə keçiriləcək hərbi təlimlərə hazırlaşır

Rusiya gəmiləri Xəzərdə keçiriləcək hərbi təlimlərə hazırlaşır
# 13 aprel 2015 11:08 (UTC +04:00)

Bakı – APA. Rusiya Hərbi-Dəniz Donanmasının gəmiləri Xəzər dənizində keçiriləcək hərbi təlimlərə hazırlaşır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hazırlıq mərhələsi çərçivəsində hava və dəniz hədəflərinə artilleriya sistemlərindən atəş açılmaqla, müxtəlif növ təlimlər keçiriləcək.

Qeyd edək ki, iyun ayında keçiriləcək təlimlər çərçivəsində Rusiya hərbi gəmiləri Bakı və Aktaudakı limanlara daxil olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR