Nəqliyyat naziri Ziya Məmmədov gələn həftə Qubada vətəndaşlarla görüşəcək

Nəqliyyat naziri Ziya Məmmədov gələn həftə Qubada vətəndaşlarla görüşəcək
# 05 aprel 2013 13:33 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Aprelin 12-də Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Quba rayonunda vətəndaşları qəbul edəcək.

«APA-Economics»in Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, saat 11:00-da Quba şəhərində keçiriləcək qəbulda Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarında yaşayan vətəndaşların nəqliyyat məsələləri ilə bağlı müraciətlərinə baxılacaq.


Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı aprelin 9-10-da Nəqliyyat Nazirliyinin rayonlar üzrə müvafiq strukturlarında aparılacaq. Vətəndaşlardan xahiş olunur ki, əlavə məlumat almaq üçün Nazirliyin adı çəkilən rayonlar üzrə müvafiq strukturlarına müraciət etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR