BMT baş katibinin köməkçisi Donbasa gedəcək

BMT baş katibinin köməkçisi Donbasa gedəcək
# 15 aprel 2015 04:25 (UTC +04:00)

Bakı-APA. BMT baş katibinin insan haqları üzrə köməkçisi İvan Şimonoviç mayın sonunda Ukraynanın şərqinə səfər edəcək. APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, Şimonoviç separatçıların nəzarəti altında olan rayonlara getməyə planlaşdırır.

BMT baş katibinin köməkçisi həmçinin qeyd edib ki, BMT missiyası iyunun əvvəlində Ukraynadakı vəziyyətlə bağlı növbəti məruzəni təqdim edəcək.

Bundan əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko BMT nümayəndəsi ilə sülhməramlıların Donbasa yeridilməsi məsələsini müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR