Nuşirəvan Məhərrəmli: “MTRŞ siyasi qurum deyil və özəl kanallara göstəriş vermək səlahiyyəti yoxdur” - APA TV

Nuşirəvan Məhərrəmli: “MTRŞ siyasi qurum deyil və özəl kanallara göstəriş vermək səlahiyyəti yoxdur” - <span style="color: red;">APA TV
# 02 may 2013 10:00 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. “Ölkədəki siyasi proseslərinin telekanallarda verilməməsində ittiham olunmağımızla razı deyilik. Bizim qurum bu proseslərə qarışmır”. APA-nın məlumatına görə, bunu Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli “Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.

O deyib ki, bəzən yeri gəldi-gəlmədi təmsil olunduğu qurum bəzi siyasətçilər tərəfindən ittihamlara məruz qalır: “Bizi günahlandırırlar ki, bəzi siyasi qüvvələri təmsil edən şəxslər proseslərlə bağlı televiziyalarda görünmür. Bizi belə açıqlamalarla bu məsələlərə cəlb etmək istəyənlər var. Amma birmənalı şəkildə qeyd edirəm ki, Milli Teleradio Şurası siyasi qurum deyil və biz də bu proseslərə qarışmırıq. Əgər “Siyasi partiyalar haqqında” qanunda bununla bağlı ayrıca maddə olarsa və yaxud parlamentdə təmsil olunan partiyaların televiziyaya çıxarılması məsələsi ayrıca şərt olaraq öz əksini taparsa, o zaman dövlət büdcəsindən maliyyələşən telekanallarla bağlı bu məsələni həll edə bilərik”.

N.Məhərrəmli özəl kanallara hər hansı göstəriş vermək səlahiyyətlərinin olmadığını da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR