Lənkəran sakini müəmmalı şəkildə bıçaqlanıb

Lənkəran sakini müəmmalı şəkildə bıçaqlanıb
# 22 avqust 2015 10:21 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Şilavar kənd sakini, 1987-ci il təvəllüdlü Elmar Amil oğlu Məmmədov sol qolunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) qəbul olunub. Yaralıya dərhal müvafiq tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti stabildir.

E. Məmmədov ilkin ifadəsində ona kim tərəfindən xəsarət yetirildiyini bildirməyib. Lakin onun həyat yoldaşı hadisəni özünümüdafiə zəminində törətdiyini boynuna alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR