Rusiyada azərbaycanlıların etirazından sonra “erməni soyqırımı”nın 100 illiyinin qeyd olunmasına icazə verilməyib

Rusiyada azərbaycanlıların etirazından sonra “erməni soyqırımı”nın 100 illiyinin qeyd olunmasına icazə verilməyib
# 23 aprel 2015 13:54 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Rusiya Federasiyasının Komi Respublikasında “erməni soyqırımı”nın 100 illiyinin qeyd olunmasının qarşısı alınıb.

Cəmiyyətdən APA-ya verilən məlumata görə, Komi Respublikasının Uxta şəhərində erməni diasporu qondarma erməni soyqırımının 100 illiyinin respublika səviyyəsində qeyd edilməsi üçün şəhər şurasına müraciət edib.

Lakin 15 ildən çoxdur ki, Komidə fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri, Uxta şəhər şurasının üzvü Həsən Qasımov və cəmiyyətin digər fəalların məsələyə müdaxiləsindən sonra ermənilərə rəsmən rədd cavabı verilib.

H. Qasımov bu cür tədbirlərin Komidə yaşayan xalqlar arasında nifaq salmaq məqsədi daşıdığını bildirib. O, Avropa Parlamentinin “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnaməni real tarixi hadisələri təhrif edən qərar adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR