Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Əfqanıstanın mədən və neft nazirini qəbul edib - FOTO

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Əfqanıstanın mədən və neft nazirini qəbul edib - <span style="color: red;">FOTO
# 09 aprel 2015 14:12 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, K. Heydərov FHN-in fəaliyyəti haqqında ətraflı məlumat verib, iki ölkənin uyğun qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb. Nazir bildirib ki, iki dost ölkənin dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri əlaqələrin inkişafına stimul verir.

Öz növbəsində, Daud Şah Saba bildirib ki, rəhbərlik etdiyi nazirlik Azərbaycan FHN-lə müvafiq sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR