Bakıda yeni çoxzolaqlı avtomobil yolunun layihəsi hazırlanır

Bakıda yeni çoxzolaqlı avtomobil yolunun layihəsi hazırlanır
# 24 aprel 2013 15:04 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, yeni yol qovşağında müasir texnologiyadan istifadə olunmaqla 6 yeraltı tunel inşa edilir. Bundan başqa, Bakıda 2015-ci ildə I Avropa Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar olaraq, Heydər Əliyev prospektinə paralel olaraq alternativ yol çəkilir: «Dövlət başçısı bununla bağlı qərar qəbul edib və hazırda sözügedən yolun layihəsi hazırlanır».


Yeni yol dövlət başçısının «Gənclik» metro stansiya yaxınlığında yerləşən iqamətgahı qarşısından başlayaraq, Gön Dəri Zavodunun yerləşdiyi ərazidən və yeni tikilən stadionun arxasından keçərək Zabrat yol qovşağına birləşəcək. Bu yol çoxzolaqlı və birinci dərəcəli yol olacaq.


Z.Məmmədov vurğulayıb ki, Azərbaycana hər il 100 mindən artıq nəqliyyat vasitəsi gətirilir və bunun böyük hissəsi Bakı şəhərində istifadə olunur. Buna görə də şəhərin nəqliyyat sisteminin daim təkmilləşdirilməsinə ehtiyac yaranır. Nazir «Şəfa» stadionunun yaxınlığında piyada keçidinin və Heydər Əliyev prospektini kəsən tunelin tikildiyini də qeyd edib. Onun sözlərinə görə, bu tunel Z.Bünyadov prospektində hərəkət edən avtomobillərin Babək prospektinə çıxışını asanlaşdıracaq və bununla da paytaxtın mərkəzindəki nəqliyyat gərginliyini aradan qaldıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR