Azərbaycana tütün məmulatlarının idxalı artıb

Azərbaycana tütün məmulatlarının idxalı artıb
# 18 avqust 2014 13:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycana ət, kərə yağı, tütün və tütün məmulatlarının idxalı artıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 7 ayında ölkəyə 12 353,86 min ABŞ dolları dəyərində ət idxal olunub ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 31,14% çoxdur. Bu müddət ərzində 15 118,90 min dollar dəyərində kərə yağı idxal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,89% artım deməkdir.

Azərbaycanda bitki və heyvan mənşəli piylər və yağların idxalı 26,02% artaraq 56 558,51 min dollar olub. Tütün və tütün məmulatlarının idxalı isə 14,84% artaraq 217 334,90 min dollar təşkil edib.

Bu aylar ərzində ölkəyə süd, meyvə-tərəvəz, buğda, şəkər, sement və əczaçılıq məhsullarının idxalı azalıb. Belə ki, bu ilin 7 ayında Azərbaycana 22,3% az və ya 3 843,39 min dollar dəyərində süd, 16,9% və ya 15 958,44 min dollar dəyərində meyvə-tərəvəz idxal olunub.

Bu ilin 7 ayında buğda idxalı 23% azalaraq 156 284,77 min dollar dəyərində, şəkər idxalı 4% azalaraq 98 896,51 min dollar dəyərində, sement idxalı 13,5% azalaraq 74 531,14 min dollar dəyərində, həmçinin əczaçılıq məhsullarının idxalı 4,9% azalaraq 138 235,89 min dollar dəyərində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR