Azərbaycanda yeni səhiyyə müəssisələri istifadəyə verilib

Azərbaycanda yeni səhiyyə müəssisələri istifadəyə verilib
# 03 may 2013 15:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Azərbaycanda bir sıra səhiyyə müəssisələri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, belə müəssisələrdən bir neçəsi Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilib. İstifadəyə verilən Suraxanı rayonundakı 12 saylı şəhər xəstəxanası, Razin qəsəbəsindəki 22 saylı uşaq poliklinikası, Yasamal rayon 19 saylı şəhər poliklinikası, Müşviqabad qəsəbəsindəki 13 saylı şəhər poliklinikası və Əhmədli qəsəbəsindəki 38 saylı şəhər poliklinikası bütün dərman və lazımi tibbi avadanlıqlarla tam təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR