Azərbaycanda I rübdə vergi pozuntuları üzrə 72 cinayət işi açılıb

Azərbaycanda I rübdə vergi pozuntuları üzrə 72 cinayət işi açılıb
# 09 aprel 2013 14:54 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi tərəfindən 2013-cü ilin birinci rübü ərzində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, aksiz markaları ilə markalanmamış malların satılması faktları üzrə cəmi 72 cinayət işi başlanıb ki, bu da ötən ili ilə müqayisədə 42 iş azdır.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, həmin cinayət işlərindən 36-sı səyyar vergi yoxlamalarının nəticələri, 37-si vergi borcunun ödənilməməsi, 2-si aksiz markaları ilə markalanmamış malların satılması faktları ilə bağlı vergi orqanlarından, 1-i isə digər hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar üzrə başlanıb. Hesabat dövründə İstintaqı tamamlanmış 73 cinayət işindən külli miqdarda vergidən yayınma faktları üzrə 8 iş, xeyli miqdarda vergidən yayınma faktları üzrə 11 iş, qanunsuz sahibkarlıq faktları üzrə 1 iş, qanunsuz idman mərc oyunlarının keçirilməsi faktı üzrə 1 iş, aksiz markaları ilə markalanmamış malların satılması faktları üzrə 2 iş olmaqla cəmi 23 nəfər 23 iş ittiham aktı ilə baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Hesabat dövründə 50 işin icraatına xitam verilib, 4 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 24 iş üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət məsuliyyətindən azad edilib. Cinayət işlərinin araşdırılması zamanı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği 1,912 mln. manat olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində axtarış elan edilmiş 4 nəfər tutularaq istintaqa təhvil verilib, istintaqdan yayınan 35 şəxsin məcburi qaydada gətirilməsi, 112 şəxsin tapılaraq istintaqa gəlmələri, 52 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. «Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından yayınan, fəaliyyətləri barədə bəyannamə təqdim etməyən və əmlakın siyahıya alınmasına maneçilik törədən 109 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib», - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR