Paşha Bank
Bank Of Baku

Sumqayıtda oğurluq edən şəxslər tutulub

Sumqayıtda oğurluq edən şəxslər tutulub
# 28 mart 2019 13:24 (UTC +04:00)

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları şəhərdə əməliyyat keçirib.

ONA xəbər verir ki,  idarənin 3-cü polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 3 qadının çantasından ümumilikdə 120 manat pul, mobil telefon, yaddaş kartı və sənədlər, habelə 1 avtomobildən pul və sənəd oğurlamaqda şübhəli bilinən Hacı Zeynalabdin qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb.

Şəhərdə mağazalardan və ofislərdən oğurluq etməkdə şübhəli bilinən daha 2 nəfər tutulub.  Belə ki, martın 23-də və 26-da şəhər ərazisində şirniyyat mağazalarının birindən 1200 manat pul, televizor, suvenir tüfəng və məişət əşyaları və ofislərin birindən 60 manat pul, 1 ədəd noutbuk, 4 ədəd mobil telefon, 1 ədəd fotoaparat və ətriyyat oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Mustafayev və A.Həsənov da 4-cü polis bölməsinin əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb olunub.

Faktlarla bağlı araşdırmalar aparılır. 

Ramil Zeynallı

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR