Bank Of Baku

Bu il Azərbaycanda banklar kredit faizlərindən 3 mlrd. manata yaxın gəlir əldə edib

Bu il Azərbaycanda banklar kredit faizlərindən 3 mlrd. manata yaxın gəlir əldə edib
# 28 sentyabr 2026 16:41 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda banklar müştərilərinə verdikləri kreditlər üzrə toplam 2 milyard 982.6 milyon manat faiz gəliri əldə edib.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,2% artıb.

Qeyd edək ki, cari ilin sentyabr ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 32 milyard 824.2 milyon manata bərabər olub. Kredit portfelinin 17 milyard 822.9 milyon manatı biznes kreditlərinin, 10 milyard 261.2 milyon manatı istehlak kreditlərinin, 4 milyard 740.2 milyon manatı isə ipoteka kreditləri təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR