Qətldə təqsirləndirilən qardaşların hökmündən verilən apellyasiya şikayəti əsasında məhkəmə başlayıb

Qətldə təqsirləndirilən qardaşların hökmündən verilən apellyasiya şikayəti əsasında məhkəmə başlayıb
# 03 oktyabr 2014 08:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Seymur və Murad Məmmədov qardaşlarının barəsində olan hökmdən zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilən apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə oktyabrın 10-na təyin edilib.

Qeyd edək ki, ötən il sentyabrın 2-də naməlum şəxs qəsəbə sakini Elçin Fərəcovun döş qəfəsinə ov tüfəngindən bir dəfə atəş açaraq onu yaralayıb. Elçin Fərəcov xəstəxanaya aparılarkən yolda ölüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də hadisənin törədilməsində şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Məmmədov Seymur Həmzə oğlu tutulub. İstintaq zamanı cinayət hadisəsində iştirak etməkdə şübhəli bilinən daha bir nəfər - Seymurun qardaşı Murad da həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seymur Məmmədov 12 il, Murad Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmiş tərəfin nümayəndəsi isə apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR