Avropa İttifaqı Dağlıq Qarabağda keçiriləcək qondarma “parlament seçkiləri”ni tanımadığını bəyan edib - VİDEO

Avropa İttifaqı Dağlıq Qarabağda keçiriləcək qondarma “parlament seçkiləri”ni tanımadığını bəyan edib - <span style="color: red;">VİDEO
# 01 may 2015 11:39 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avropa İttifaqı Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri”nin konstitusional və hüquqi əsasını tanımır.

APA-nın məlumatına görə, bu barədə Aİ-nin Dağlıq Qarabağda mayın 3-də keçiriləcək qondarma “parlament seçkiləri” ilə bağlı bəyanatında deyilir.

Bəyanatda vurğulanır ki, bu prosedurlar Dağlıq Qarabağın gələcək hüquqi statusunu əvvəlcədən müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməz: “Avropa İttifaqı qətiyyətlə ATƏT-in Minsk qrupunu və onun həmsədrlərinin status-kvonun dəyişməsi və hərtərəfli sülh danışıqları üçün səylərini dəstəkləyir. Aİ münaqişənin tez bir zamanda həlli istiqamətindəki səyləri dəstəkləməkdə davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR