Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını 340 mln. manata çatdırıb

Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını 340 mln. manata çatdırıb
# 24 aprel 2013 08:07 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) əlavə səhm emissiyasının yerləşdirilməsini başa çatdırıb.


«APA-Economics»in Azərbaycan Beynəlxalq Bankına istinadən verdiyi məlumata görə, bir səhmin nominal dəyəri 0,24 manat, sayı 416 666 675 ədəd, emissiyanın ümumi həcmi isə 100 000 002 manat təşkil edib. Səhmlərin yerləşdirilməsinə ötən ilin iyunun 4-də başlanılıb və yerləşdirmə çərçivəsində 422 əqd bağlanılıb. Səhmlərin ən aşağı və ən yüksək satış qiyməti 0,24 manat təşkil edib. Nəticədə, bankın nizamnamə kapitalı 340 mln. manata çatıb.


Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə özəl hüquqi və fiziki şəxslərə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR