Paşha Bank
Bank Of Baku

Floridada özəl təyyarə yaşayış kompleksinə çırpılıb, 9 nəfər həlak olub - YENİLƏNİB

Floridada özəl təyyarə yaşayış kompleksinə çırpılıb, 9 nəfər həlak olub - YENİLƏNİB
# 02 noyabr 2026 03:01 (UTC +04:00)

ABŞ-da təyyarə qəzasında 9 nəfər həlak olub

ABŞ-ın Florida ştatında qəzaya uğrayan “Learjet 60” tipli özəl təyyarədə olan 9 nəfərin hamısı həlak olub.

APA xəbər verir ki, bunu ABŞ-ın nəqliyyat naziri Şon Daffi deyib.

Xatırladaq ki, təyyarə Palm-Biç dairəsinin Qrinakres şəhərində səyyar evlərin yerləşdiyi yaşayış kompleksinin ərazisinə düşərək alovlanıb. Qəzanın səbəbləri araşdırılır.

***

00:24

ABŞ-ın Florida ştatının Qrinakres şəhərində “Learjet 60” tipli özəl təyyarə qəzaya uğrayaraq səyyar evlərin yerləşdiyi yaşayış kompleksinin ərazisinə düşüb.

APA xəbər verir ki, qəza noyabrın 1-də, yerli vaxtla saat 13:00 radələrində Palm-Biç dairəsində baş verib.

Təyyarənin yaşayış evlərindən birinə çırpılması nəticəsində güclü yanğın başlayıb.

Palm-Biç dairəsinin yanğınsöndürmə və xilasetmə xidməti hadisə nəticəsində bir neçə nəfərin öldüyünü bildirib.

Təyyarədə neçə nəfərin olduğu, eləcə də yaşayış kompleksindəki insanların arasında ölən və yaralananların olub-olmadığı hələlik məlum deyil.

Hadisənin səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR