“Hərbi qulluqçuların statusu haqqında” qanunda və İntizam Nizamnaməsində dəyişiklik ediləcək

“Hərbi qulluqçuların statusu haqqında” qanunda və İntizam Nizamnaməsində dəyişiklik ediləcək
# 07 iyul 2014 08:46 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanda hərbi qanunvericiyə dəyişikliklər hazırlanıb.

APA-nın məlumatına görə, bunu «Azərbaycan Ordusu» qəzetinə müsahibəsində Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi, polkovnik Rauf Kişiyev bildirib.

Onun sözlərinə görə, «Hərbi qulluqçuların statusu haqqında» qanunun yeni layihəsi hazırlanıb: «Həmin layihə Müdafiə Nazirliyinin hərbi kollegiyasının iclasında müzakirə edilib, verilmiş təkliflər nəzərə alınıb və layihə təkmilləşdirilərək son versiya şəklinə salınıb. Qanun layihəsinə hərbi qulluqçuların, onların ailə üzvlərinin, ehtiyata və istefaya buraxılmış şəxslərin sosial və hüquqi təminatının daha da yaxşılaşdırılması üçün bir sıra yeni müddəalar daxil edilib».

İdarə rəisinin sözlərinə görə, Silahlı Qüvvələrdə aparılan islahatlar çərçivəsində hərbi hissə komandirlərinin hərbi nizamnamələr və normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlarının icrasına imkan verən, habelə hərbi geyim formalarının yenilənməsini, fərqləndirmə nişanlarının daşınması qaydalarının təkmilləşdirilməsini nəzərdə tutan sənədlərin layihələri hazırdır.

R.Kişiyev İntizam Nizamnaməsinin yeni layihəsi üzərində işlərin başa çatmaq üzrə olduğunu da bildirib. Yeni layihədə intizam həbsinə dair müddəalar nəzərdə tutulub, onların effekti icrası üçün mexanizmlər işlənib hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR