Bəşər Əsəd: “Münaqişənin nizamlanmasına əsas maneə terrorçulardır”

Bəşər Əsəd: “Münaqişənin nizamlanmasına əsas maneə terrorçulardır”
# 19 noyabr 2015 00:40 (UTC +04:00)

Bakı-APA. “Suriyada münaqişəsinin nizamlanması yolunda əsas maneə terrorçulardır”.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Suriya prezidenti Bəşər Əsəd İtaliya televiziyasına müsahibəsində bəyan edib.

“Terrorçulara qalib gəlmədən siyasi proses üçün hər hansı vaxt çərçivəsi müəyyənləşdirmək qeyri-ciddidir”, deyə B.Əsəd əlavə edib.

Qeyd edək ki, bu, noyabrın 14-də Vyanada “Suriyaya dəstək qrupu”nun konfransında əldə edilən razılaşmalara rəsmi Dəməşqin ilk reaksiyasıdır. Sənəddə müxalif qrupların konsolidasiyası, yeni hökumətin yaradılması, konstitusiya üzərində işlərin başlanması, 18 ay ərzində ölkədə seçkilərin keçirilməsi kimi müxtəlif təşəbbüslər irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR