Azərbaycanda pul bazası artıb

Azərbaycanda pul bazası artıb
# 03 iyun 2015 09:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda 4 aylıq azalmadan sonra may ayında pul bazası artıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, aprel ayı ilə müqayisədə ötən ay Azərbaycanda pul bazası 178,7 mln. manat artıb. Başqa sözlə, əvvəlki aya nisbətən may ayında ölkədə pul bazası 2,41% artaraq 7597,3 mln. manata yüksəlib.

Xatırladaq ki, aprel ayında pul bazası 7418,6 mln. manat təşkil edib.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR