Mingəçevirdə avtomobil ağaca çırpılıb, sürücü ölüb

Mingəçevirdə avtomobil ağaca çırpılıb, sürücü ölüb
# 10 noyabr 2014 09:56 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, 1985-ci il təvəllüdlü şəhər sakini Əkbərov Zaur Nadir oğlu idarə etdiyi 90-BA-980 dövlət nömrəli nişanlı “Mercedes” markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq 2 ağaca çırpılıb. Zərbənin gücündən avtomobil çox ciddi əzilərək ağaca bitişik vəziyyətdə qalıb.

Ağır bədən xəsarətləri alan sürücü dərhal ətrafdakı şəxslərin köməyi ilə maşından çıxarılıb. Təcili olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılan Zaur Əkbərovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR