Ötən ay Təhsil Nazirliyində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb

Ötən ay Təhsil Nazirliyində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb
# 02 noyabr 2015 12:02 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2015-ci ilin oktyabr ayında Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 13360 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,6 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çox) daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 5651 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 660 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1762 sənəd (1171 məktub, 535 ərizə, 56 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası ilə bağlı məsələlər əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR