Çayların çirklənmə vəziyyəti ilə bağlı növbəti monitorinqin nəticələri açıqlanıb

Çayların çirklənmə vəziyyəti ilə bağlı növbəti monitorinqin nəticələri açıqlanıb
# 06 mart 2013 12:48 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə fevral ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, fevral ayının III ongünlüyündə Kür çayında suyun sərfi fevralın II ongünlüyünə nisbətən 7 m3/san azalaraq 151 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib.

Fevralın III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevəndə fenollar və mis birləşmələri 3, Bəhramtəpədə isə fenollar 2, mis birləşmələri 4 dəfə normanı keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.61-6.13 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR