Həsən Ruhani: Sanksiyalar ləğv olunsa belə, İran Rusiyanı qaz tədarükçüsü qismində əvəz etməyə hazır deyil

Həsən Ruhani: Sanksiyalar ləğv olunsa belə, İran Rusiyanı qaz tədarükçüsü qismində əvəz etməyə hazır deyil
# 05 oktyabr 2014 05:27 (UTC +04:00)

APA-nın “İTAR-TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə “Rossiya 1” telekanalına müsahibəsində İran prezidenti Həsən Ruhani bildirib.

“Bildiyiniz kimi, İran ən böyük qaz ehtiyatlarına malikdir. Lakin qaz hasilatında biz geriləyirik və biz, ilk növbədə, ölkəmizin daxili tələbatları barədə düşünürük”, deyə prezident qeyd edib.

“Qış fəslində bizdə, mütəmadi olaraq, problemlər yaranır, bundan əlavə, istər şərqdə, istərsə də qərbdə, bizim çoxlu müştərilərimiz, alıcılarımız da var. Bizim şərq, qərb və cənub qonşularımızın hamısı bizdən qaz almaq istəyirlər, amma bizə o qazı hələ hasil etmək lazımdır”, deyə Ruhani vurğulayıb.

“Hamı düşünür ki, əgər sabah Rusiyadan qaz tədarükü dayandırılacaqsa, İran həmin qazı tədarük edəcək. Bu gün elə bir şərait yoxdur. Bizim istehsalımız bu mərhələdən hələ çox uzaqdır”, deyə İran prezidenti qeyd edib.

Həsən Ruhani, həmçinin, İranın Rusiya ilə qaz sahəsində əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib. “Biz bir neçə ildir ki qaz ixracatçısı olan ölkələr arasında əməkdaşlığın qurulması istiqamətində səy göstəririk. Rəqabət problemli yox, sağlam olmalıdır, rəqabət elə olmamalıdır ki, yalnız alıcı mənfəət götürsün, ixracatçılar isə ziyan çəksin”, deyə Ruhani əlavə edib.

“Buna görə də, qaz məsələsində ən optimal yol əməkdaşlıq və qarşılıqlı əlaqələrdir. Biz Rusiya ilə birgə bütün sahələr üzrə əlaqələndirilmiş fəaliyyət aparmağa hazırıq”, deyə İran prezidenti qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR