Azərbaycan Beynəlxalq Bankı Rusiyanın “Roseksimbank”ı ilə əməkdaşlıq haqqında saziş imzalayıb

Azərbaycan Beynəlxalq Bankı Rusiyanın “Roseksimbank”ı ilə əməkdaşlıq haqqında saziş imzalayıb
# 14 noyabr 2014 09:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Azərbaycan Beynəlxalq Bankı (ABB) və Rusiyanın “Roseksimbank” arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

APA-Economics”in məlumatına görə, müqavilə Bakıda MDB-nin Maliyyə-bank Şurası, Azərbaycan Beynəlxalq Bankı (ABB) və MDB-nin İcraiyyə Komitəsinin dəstəyi ilə keçirilən MDB ölkələrinin VII Bakı Beynəlxalq Bank Konfransı zamanı imzalanıb.

Sənədi Rusiya tərəfdən “Roseksimbank”ın İdarə Heyətinin sədri Dmitri Qolovanov Azərbaycan tərəfdən isə ABB-nin İdarə Heyətinin sədri Cahangir Haciyev imzalayıb.

Müqavilə iki bank arasında xarici iqtisadi sahədə əməkdaşlığı nəzərdə tutur.

“Bizim imzaladığımız müqavilədə əsas məqamlardan biri birgə işlərimizdə milli valyutaların istifadə olunmasının mümkünlüyüdür. Mövcud şəraitdə xarici ticarətdə hesablaşmaların manat və rubla keçməsi Rusiya və Azərbaycan arasında ticari-iqtisadi və siyasi münasibətlərin daha da inkişafına müsbət təsir edəcək. Şübhəsiz, bu Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya ixrac əməliyyatları zamanı banklar və ixracatçılar üçün valyuta və siyasi riskləri azaldacaq. Bu müqavilə Rusiya və Azərbaycan ixracatçıları üçün yeni imkanlar açır. İndi onlar üçün bazarlara çıxmaq daha asan olacaq”, - deyə D. Qolovanov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR