Türkiyəli deputat: “Ermənilərin savaş strategiyasını bu gün İŞİD həyata keçirir”

Türkiyəli deputat: “Ermənilərin savaş strategiyasını bu gün İŞİD həyata keçirir”
# 28 fevral 2015 17:02 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu İstanbulda keçirilən “Əsrin faciəsi” adlı toplantıda Milliyyətçi Hərəkat Partiyasının İğdır millət vəkili Sinan Oğan deyib.

Türk Dünyası Araşdırmaları Vəqfi Süleymaniyyə kürsüsü tərəfindən təşkil edilmiş toplantının məruzəçisi olan S. Oğan Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün bütün türk ölkələrininin eyni mövqedən çıxış etməsinin önəmini irəli çəkib. “Bizə deyirlər ki, siz türkün-türkə təbliğatını aparırsınız. Haqlı ola bilərlər. Ancaq nəinki dünya miqyasında, Türkiyədə də Xocalı soyqırımı kifayət qədər tanıdılsaydı, bu toplantıları keçirməyə ehtiyac olmazdı. İstər Xocalı soyqırımının dünyaya tanıdılması, istərsə də ermənilərin Türkiyəyə qarşı atdığı “soyqırımı” böhtanlarına qarşı qazax, qırğız, özbək və türkmənlər, İraq və Suriya türkləri vahid mövqedən çıxış etsəydilər, biz bu mübarizənin daha fərqli nöqtələrində olardıq”, -deyə o vurğulayıb.

Ermənilərin savaş strategiyasının bu gün İŞİD tərəfindən həyata keçirildiyini deyən millət vəkili qeyd edib ki, iordaniyalı pilotun diri-diri yandırılmasından sonra bəzi ölkələr bölgədən çəkiliblər: “Ermənilər bizə qarşı soyqırımlar həyata keçirməklə yanaşı, daim özlərini məzlum tərəf kimi göstərirlər. Onlar Xocalıda soyqırımı Azərbaycan türklərinin gözünü qorxutmaq, onlara diz çökdürmək üçün həyata keçirdilər. Savaş suçuna yol verdiklərini bildikləri halda soyqırımı törətdilər”.

Xocalı soyqırımının baş verdiyi dönəmdə dünya mətbuatında çap edilmiş bəzi xəbərləri dinləyicilərlə paylaşan S. Oğan işğal altındakı Azərbaycan torpaqlarında ermənilərin dağıtdıqları tarixi abidələrin fotolarını göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR