Bakıda “İnternet sahəsində yeniliklər və gələcək perspektivlər” mövzusunda konfrans keçirilib - FOTO

Bakıda “İnternet sahəsində yeniliklər və gələcək perspektivlər” mövzusunda konfrans keçirilib - <span style="color: red;">FOTO
# 19 fevral 2013 09:07 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakıda Yerli Təşəbbüslər üçün Kanada Fondunun dəstəyi ilə “İnternet sahəsində yeniliklər və gələcək perspektivlər” mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransda internetdən istifadənin və internet infrastrukturunun hazırkı vəziyyəti, Azərbaycanın elektron hökumət sahəsində yeniliklər və gələcək planlar mövzusunda müzakirələr aparılıb.

Tədbirdə çıxış edən RATİ sədri Emin Hüseynov İnternet İdarəçilik Forumundan sonra Azərbaycanın internet məkanında hazırkı vəziyyətdən danışaraq bildirib ki, ölkədə internet infrastrukturunda bəzi geriləmələr mövcuddur və yalnız mobil internet hesabına ölkədə internet istifadəçilərinin sayı artıb: “Bizim hesablamalarımıza görə, bu gün artıq ölkə əhalisinin 50 faizi internet istifadəçisidir. Bu sahədə irəliləyiş olsa da, Azərbaycanda internet qismən azaddır. Eyni zamanda onlayn televiziyaların lisenziyalaşdırılması prosesini də düzgün hesab etmirik. İnzibati cəza tədbirləri, yəni aksiyada iştirak edənlərin cərimələnməsi internetdə fikir azadlığına təsir edə bilər”.

Sonra konfrans Azərbaycan İnternet Cəmiyyətinin sədri Qabil Qurbanov, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət və sosial media üzrə ekspertlərin iştirakı ilə internet televiziyalarının tənzimlənməsi, haker hücumları, sosial mediada problemlər, onlayn nəzarət və digər mövzularda debat şəkilində müzakirələrlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR