Azərbaycanda hazırda istismar olunan mobil telefonlara mayın 1-dək «amnistiya» elan olunub - YENİLƏNİB - FOTO

Azərbaycanda hazırda istismar olunan mobil telefonlara mayın 1-dək «amnistiya» elan olunub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO
# 15 mart 2013 08:50 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Mayın 1-dən etibarən Azərbaycanda oğurluq mobil telefonlarından istifadə etmək mümkün olmayacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

Onun sözlərinə görə, yeni qeydiyyat sistemi işə düşəndən sonra telefonu oğurlanan vətəndaşlar 4 rəqəmli telefona zəng edərək bu barədə məlumat verəcəklər və bununla da oğurlanan telefona xidmət dayandırılacaq. Bundan sonra, həmin telefondan istifadə etməyə cəhd edilərsə, bu addım oğurluq etmiş şəxsin ifşasına səbəb olacaq: «Aprelin 1-dən etibarən sayt və sorğu mərkəzi işə başlayacaq. Həmin tarixdən etibarən istənilən şəxs 1677 nömrəsinə zəng etməklə öz telefonu və onun orijinal olub-olmaması barədə məlumat ala biləcək».

Azərbaycanda yeni qeydiyyat sisteminin tətbiqi ilə əlaqədar olaraq mayın 1-dək istifadə olunan telefonlara «amnistiya» veriləcək. Bunu bildirən İ.Məmmədov qeyd edib ki, mayın 1-dək istifadə olunmuş telefonlar mənşəyindən asılı olmayaraq leqal sayılacaq və bundan sonra da problemsiz istifadə edilə bilər.

Nazir müavini bununla əlaqədar olaraq məsləhət görüb ki, hazırda ölkə vətəndaşlarının evində olan və istifadə edilməyən telefonlara sim kart daxil edib bir neçə dəfə istifadə etsinlər ki, bu telefonlar da qeydiyyat sistemində leqal telefon kimi qeydə alınsın.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR