Azərbaycan yığması reytinq cədvəlində mövqeyini qoruyub

Azərbaycan yığması reytinq cədvəlində mövqeyini qoruyub
# 14 fevral 2013 10:49 (UTC +04:00)

Bakı – APA. FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən ayla müqayisədə mövqeyini dəyişməyib.

Belə ki, hesabında 283 xal olan komandamız 118-ci pillədə qalıb.

Azərbaycan millisi son 1 ayda keçirdiyi 2 yoldaşlıq oyunundan yalnız birində – Lixtenşteyn üzərində 1:0 hesablı qələbə qazanıb. Nəticədə ötən ay açıqlanan reytinqlə müqayisədə 6 xal qazanan yığmamız xallarının sayını 283-ə çatdırıb.

DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizdən Portuqaliya (1129 xal) 1 pillə irəliləyib - 6-cı yer. Rusiya (1055 xal) isə əksinə, 1 pillə geriləməklə 11-ci yerə enib. 10 addımlıq irəliləyiş edən İsrail 495 xalla 66-cıdır. Şimali İrlandiya (354) 4 pillə geriləyərək, 102-ci pilləyə düşüb. Lüksemburq (174) yığması isə 148-ci yerdə qalıb.

209 yığmanın yer aldığı cədvəlin ilk 3 pilləsində dəyişiklik olmayıb. İlk “üçlük”də müvafiq olaraq, İspaniya (1590), Almaniya (1437) və Argentina (1281) qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR