“Dəmirtaksit” istifadəçilərinin sayı 12 mini ötüb

“Dəmirtaksit” istifadəçilərinin sayı 12 mini ötüb
# 30 oktyabr 2014 08:36 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “DəmirBank” ASC tərəfindən yeni təqdim edilən “DəmirTaksit” kartlarının sayı sürətlə artmaqdadır. Artıq 12 mindən artıq istifadəçisi olan “DəmirTaksit” kartları ölkə daxilində və dünyanın 200-dək ölkəsində ticarət və xidmət mərkəzlərində, internetdə və bankomatlarda istifadə imkanı verən bu kartlar vasitəsilə ödənişləri avtomatik olaraq 12 ayadək hissələrə bölməklə ödəmək mümkündür.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “DəmirTaksit” kartlarının ən vacib üstünlüklərindən biri odur ki, kart heç bir partnyor şəbəkəsindən asılı deyil və bu da kart sahiblərinə POS terminal olan istənilən ticarət və xidmət mərkəzində rahat alış-veriş etmək imkanı verir. Həmçinin internet vasitəsilə həyata keçirilən ödənişlər və bankomatdan çıxarılan nağd vəsaitlər də avtomatik hissələrə bölünərək ödənilə bilər.

Digər bir üstünlük isə müştərinin “DəmirBank”dan əldə etdiyi “DəmirTaksit” kartlarının avtomatik olaraq SMS məlumatlandırma xidmətinə heç bir xidmət haqqı tutulmadan qoşulmasıdır. Bu xidmət sayəsində müştəri aylıq ödənişlərlə bağlı əvvəlcədən məlumat əldə edə bilir.

Kartı əldə etmək üçün minimal aylıq xalis gəlir tələbi 100 manatdır və təminat tələb olunmur.

“DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. “DəmirBank” Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR