BSU-da ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş IV beynəlxalq elmi konfrans keçirilir - FOTO

BSU-da ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş IV beynəlxalq elmi konfrans keçirilir - <span style="color: red;">FOTO
# 01 may 2013 12:41 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. Bakı Slavyan Universitetində AMEA-nın Humanitar və İctimai elmlər bölməsi və BSU-nun təşkilatçılığı ilə Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda IV Beynəlxalq Elmi Konfransın açılışı olub. APA-nın məlumatına görə, açılış mərasimində konfransın əsas leytmotivinin azərbaycançılıq olduğunu bildirən AMEA prezidenti akademik Akif Əlizadə bu məfkurənin banisi Heydər Əliyevin şəxsiyyət və zaman baxımından Azərbaycanın böyük bir tarixi olduğunu bildirib və Bakı Slavyan Universitetinin azərbaycanşünaslıq üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında gördüyü işlərin təqdirəlayiq olduğunu vurğulayıb: “Heydər Əliyev ideyalarının konfransda səslənməsi dünyada azərbaycançılıq məfkurəsinin yayılmasına yardım edəcək”.

BSU-nun rektoru professor Kamal Abdullayev konfransın işini tələbələr, eləcə də bütün iştirakçılar üçün elm bayramı kimi dəyərləndirdi, xarici universitetlərdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzlərindən söhbət açıb. Rektor BSU-nun Kiyev, Poltava, Moskva və Minskdəki mərkəzlərinin azərbaycanşünaslığın inkişafında əhəmiyyətini vurğulayıb.

Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç bölgədə lider dövlət olan Azərbaycanın beynəlxalq arenada özünəməxsus yer tutduğunu bildirib. Eyni zamanda Heydər Əliyevin Azərbaycanın inkişafında rolundan bəhs edən səfir onu “müasir Azərbaycanın memarı” adlandırıb.

Xatırladaq ki, konfransda AMEA-nın müxtəlif institutlarından, Gəncə, Sumqayıt, Naxçıvan, Lənkəran, Mingəçevir və Şamaxıdan nümayəndələr, eləcə də 14 ölkədən, o cümlədən Rusiya, Belorus, ABŞ, Türkiyə, Avstriya, Litva, Yunanıstan, Polşa, Ukrayna, Çexiya, Gürcüstan, Misir, Qazaxıstan, Bolqarıstandan 40 qonaq iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR