Bakı Ali Neft Məktəbi “Confidence Capital” şirkəti ilə əməkdaşlıq sazişi imzalayıb - FOTOSESSİYA - VİDEO

Bakı Ali Neft Məktəbi “Confidence Capital” şirkəti ilə əməkdaşlıq sazişi imzalayıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 09 aprel 2015 07:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda VIII Xəzər Neft-Qaz, Ticarəti-Nəqliyyat Konfransı fəaliyyətə başlayıb.

APA-Economics” xəbər verir ki, artıq 8-ci ildir keçirilən bu ilki konfransın təşkilatçıları Böyük Britaniyanın “Confidence Capital” şirkəti və Bakı Ali Neft Məktəbidir.

Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov konfransın məqsədi və keçirilmə səbəbləri haqqında məlumat verib. E. Qasımov bildirib ki, əgər “Əsrin müqaviləsi” ötən əsrin şah əsəri idisə, bir müddət əvvəl imzalanan “Şahdəniz 2” müqaviləsi XXI əsrin şah əsəridir.

Konfrans zamanı Bakı Ali Neft Məktəbi ilə “Confidence Capital” şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş şirkət və ali təhsil məktəbi arasında əməkdaşlığı nəzərdə tutur.

Qeyd edək ki, konfransda Xəzər regionunda karbohidrogen ehtiyatlarının hasili, nəqli və satışının mövcud vəziyyəti və yaxın perspektivləri haqqında beynəlxalq ekspertlərin və Xəzəryanı ölkələrin yanacaq-enerji komplekslərinin rəhbər işçilərinin və mütəxəssislərinin məruzələri dinləniləcəyi deyilir. Konfrans həm də Azərbaycanın neft strategiyasının uğurlarının təbliğ edilməsi və mütəxəssislər arasında işgüzar əlaqələrin yaradılması üçün əlverişli platforma olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR