Bakı-Böyük Kəsik istiqamətində Fransa istehsalı olan dəmir yolu lokomotivlərindən istifadə ediləcək

Bakı-Böyük Kəsik istiqamətində Fransa istehsalı olan dəmir yolu lokomotivlərindən istifadə ediləcək
# 04 noyabr 2014 10:36 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Böyük Kəsik istiqamətində hərəkət zamanı yeni lokomotivlərdən istifadə edəcək. Bu lokomotivlər həm yük, həm də sərnişin daşınmaya xidmət edəcək.

Bunu “APA-Economics”ə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, Fransanın “Alstom” şirkətindən alınacaq yeni lokomotivlər ancaq sabit cərəyandan dəyişən cərəyana keçid və dəmir yolu işarəvermə sisteminin yenidən qurulması işlərindən sonra baş tutacaq.

“Bu lokomotivlər 2016-cı ildən 2018-ci ilədək "Alstom"un iştirakı ilə birgə müəssisə olan EKZ şirkətində istehsal olunacaq. Onlarla danışıqlar aparılır. Məsələn, xidmət deposunun yaradılması, texniki dəstək və texniki xidmətin təmin olunması kimi məsələlər də müzakirə olunacaq”, - deyə N. Əzməmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR